Alman brendi BROCK Kehrtechnik GmbH tərəfindən istehsal olunan, küçə və şəhəryanı ərazilərin təmizlənməsi üçün nəzərdə tutulmuş kompakt vakumlu süpürmə və təmizləmə maşınıdır.Boyutlarının yığcam olmasına baxmayaraq, yüksək sovurma gücü və manevr qabiliyyəti ilə seçilir.
Əsas Texniki Göstəricilər
Zibil çəninin həcmi (Hopper):4 m³
Su çəni:750 litr
Təmizləmə genişliyi:2 200 mm – 3 550 mm
Məhsulun boşaldılması (High tipping):Bunkeri 1.5 metr hündürlüyədək qaldıraraq birbaşa konteynerlərə boşaltmaq imkanı.
Şassi uyğunluğu: İsuzu NPR, Mitsubishi FUSO Canter və DAF kimi müxtəlif nəqliyyat şassiləri üzərində quraşdırıla bilir.
Əsas Üstünlükləri və Xüsusiyyətləri
Dar ərazilərdə rahat manevr: Dar küçələr, piyada zonaları, dayanacaqlar və məhəllələrdə rahatlıqla hərəkət edir.
Yüksək sovurma gücü:İri tullantıları, tozu və düşmüş yarpaqları asanlıqla vakum sistemi ilə sovurur.
Əlavə avadanlıqlar:
Yüksək təzyiqli su ilə yuma sistemi.
Düşmüş yarpaqların yığılması üçün əlavə xortum/şlanq aparatı.
360° yuma və yan fırça opsiyaları.
Müxtəlif mühərrik seçimləri: Əlavə dizel mühərriki, hidrostatik ötürmə və ya batareya ilə işləyən hibrid/elektrik variantları mövcuddur.