×
“AGROİNTER LTD” MMC şirkəti 27 ildən artıqdır ki, Azərbaycanın müxtəlif sənaye sahələrində istifadə olunan maşın mexanizmlərin idxalı, respublika daxilində satışı və satış sonrası texniki xidmətləri ilə məşğul olur. Bütün satılan maşın və avadanlıqlara şirkətimiz tərəfindən istehsalçı zavodun zəmanəti verilir və texniki xidmət göstərilir.Bununla yanaşı müasir tələblərə uyğun olaraq diaqnostika, əlavə avadanlıqların quraşdırılması, təmiri və yenidən təchiz edilməsi ilə məşğul oluruq. Təmir sahəsində xüsusi dəzgahlar vasitəsi ilə hidravlik hortumların istehsalı, kondisionerlərin freon ilə doldurması və onlara xidmət göstərilməsi işləri təcrübəli mütəxəssislərimiz tərəfindən aparılir. Yük maşınlarınin şassisi üzərinə hidravlik kran manipulyatorların quraşdırmaqla montaj və quraşdırma işlərində təcrübəmizi artırırıq. Bu kranlar yığcamlığına, manevr qabiliyyətinə görə tikinti ərazilərində əvəzolunmazdır və dar şəraitdə yük qaldırmağa malikdir.Ölkəmizdə kənd təsərrüfatının intensiv inkişafı ilə əlaqədar olaraq traktorların üzərinə müxtəlif qoşqular və əlavə avadanlıqlar montaj edirik. Müştərilərin istəyi əsasında traktorun imkanlarını genişləndirmək məqsədi ilə üzərinə qazma-kəsici sep, kran, bıçaq, yükləyici və s. avadanlıqlar quraşdırırıq. Bundan əlavə bələdiyyə maşinları üçün müxtəlif fırçalar, bıçaqlar, çalovlar, vakuum nasosları, qazma qurğuları təklif edirik.Mütəmadi olaraq anbarımıza idxal etdiyimiz orijinal ehtiyat hissələri müştərilərimizin bütün tələblərinə cavab verir. İqtisadiyyatın bütün sahələri üçün texnika seçimində fərdi yanaşma görülən lahiyə işlərindən asılı olaraq müştərilərin tələblərinə uyğun düzgün qərar qəbul etməyə imkan verir.Bunun üçün əvvəlcədən maşının komplektasiyanı istehsalçı ilə razılaşdırırıq. Görülən torpaq işlərinin həcminə görə, istismar olunan yerdə torpağın kateqoriyasını, dəniz səviyyəsindən istismar olunacaq yüksəkliyi, yanacağın keyfiyyətini və s. nəzərə alaraq tələblərə uygun konfiqurasiyada texnika seçirik. Bizim iş təcrübəmiz imkan verir ki, müştəriləri peşəkar səviyyədə maarifləndirək və onlara tikinti texnikalarının funksional istifadəsi üzrə məsləhətlər verək. Bu cür yanaşma istismar zamanı məhsuldarlığı artırır və texnikanın fasiləsiz işləməsini təmin edir.“Agrointer LTD” MMC şirkəti Türkiyənin “Hidromek Hidrolik ve Mekanik Makina İmalat Sanayi ve Ticaret A.Ş.”-nin Azərbaycan ərazisində rəsmi dileridir.“Hidromek Hidrolik ve Mekanik Makina İmalat Sanayi ve Ticaret A.Ş.” şirkəti 1978-ci ildə Türkiyədə yaradılıb və müxtəlif fəaliyyət sahələrində geniş istifadə olunan çoxfunksiyalı ekskavatorların istehsalına yönəlib. Bu gün şirkətin Türkiyədə Ankarada 4, İzmirdə 1, Tailandda 1 olmaqla cəmi 6 zavodda müxtəlif ölçü və ağırlıqda ekskavator-yükləyicilər, sepli və təkərli ekskavatorlar, frontal yükləyicilər, qreyderlər, torpaq basanlar istehsal edir. Yüksək keyfiyyətli Hidromek tikinti texnikası istehsalında ən son texnologiyalardan istifadə edilir və bu zaman Hidromek dünyanın ən böyük komponent istehsalçıları ilə əməkdaşlıq edir. Bu istehsalçılara International Transmissions Limited (Böyük Britaniya), Husco International Ltd. (Böyük Britaniya), Parker Hydraulics (Böyük Britaniya), Rexroth (Almaniya), Danfoss (Danimarka), Europower (Böyük Britaniya), Alta SpA (İtaliya), Internormen Filter (Almaniya), MP Filtri (İtaliya), Busak and Shamban SA (İsveçrə), Kawasaki (Yaponiya), Cummins (ABŞ), General Electric (ABŞ), Mitsubishi (Yaponiya), Perkins (Böyük Britaniya) və digər dünyaca məşhur brendləri misal göstərmək olar.Biz daxili maliyyə strukturları və lizinq şirkətləri ilə əməkdaşlıq edərək müştərilərin işlərini səmərəliləşdirmək məqsədilə xüsusi təyinatlı texnikaların lizinqlə satışını da təşkil edirik.